Gilan Qida

Məqsəd və Missiyamız

Missiyamız: Ekoloji cəhətdən təmiz , təbii məhsul istehsalçıları arasında lider qurum olmaqdır.

Məqsədimiz: Xalqımızı yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz, təbii məhsullarla təmin etmək və Azərbaycan malını dünya bazarında tanıtmaqdır.

"Gilan Qida" olaraq yeni istehsal sahələri quraraq, məhsullarımızın çeşidini artırırıq. Zavodlarımızın istehsal gücünü və məhsul müxtəlifliyini artırmaq üçün yeni layihələr hazırlanır və daha müasir avadanlıqlar quraşdırılır. Zavodlarımızın istehsalının səmərə və keyfiyyətini artırmaq üçün ölkəmizin müxtəlif regionlarında meyvə və tərəvəz əkinçiliyini inkişaf etdirərək fermerləri məlumatlandırır. İnanırıq ki, yeni texnologiya əsasında hazırlanan Azərbaycan nemətləri dünya bazarında birincilik qazanacaqdır. Hədəfimiz çox yaxında dünyada tanınmış meyvə suyu istehsalatçıları sırasına girərək, layiqli bazar payı əldə etməkdir.

"Gilan Qida" qarşısında qoyulmuş əsas hədəflər:
- Şirkətin istehsal imkanlarının daha da genişləndirilməsi;
- Dünya bazarında layiqli yerlərdən birini tutmaq;
- Çeşidlərin müxtəlifliyini artırmaq və geniş miqyaslı ticarət dövriyyəsinin qurulması;
- Keyfiyyətə nəzarətin artırılması və davamlı olaraq bu istiqamətdə işlərin təşkili;
- İstehsal fəaliyyətində yeniliklərin tətbiq olunması;
- Digər ölkələrdə fəaliyyət göstərmək üçün yeni imkanların araşdırılması.

Uğur prinsiplərimiz:
- Keyfiyyətli və yüksək standartlara cavab verən məhsullar təklif etmək;
- Ətraf mühit qarşısındakı məsuliyyətimizi dərk edərək onu qorumaq;
- Ölkənin şirə istehsalı sektorunda nüfuz qazanmaq.

Dəyərlərimiz:
- Peşəkarlıq. Biz öz işimizlə məsuliyyət, keyfiyyət və etibarlılığın ən yüksək dərəcəsini təklif edən peşəkarlarıq;
- Keyfiyyət. Biz istehsal, sağlamlıq və keyfiyyət göstəricisiyik;
- Zəmanət. Biz məhsullarımıza öz adımızla zəmanət veririk.