Gilan Qida

Məhsulların ixracı

Şirkətimiz məhsulların dünyanın istənilən nöqtəsinə ixrac edilməsi üçün vacib olan bütün beynəlxalq keyfiyyət və standartlara uyğunluq sertifikatlarını, o cümlədən “keyfiyyətin idarə edilməsi” (ISO 9001-2008), “qida təhlükəsizliyinin idarə edilməsi” (ISO 22000), orqanik məhsulların uyğunluğu, Koşer tələblərinə uyğunluğu təsdiq edən sertifikatlar almışdır və mütəmadi olaraq yenilənir.

Hal-hazırda məhsullarımız aşağıdakı ölkələrə ixrac edilir:
MDB: Rusiya, Tacikistan, Ukrayna, Qazaxıstan, Türkmənistan, Qırğızıstan
Avropa: Almaniya, Yunanıstan, İtaliya, Polşa, Fransa, Çexiya, Litva
Asiya: BƏƏ, Çin, Küveyt, Livan, Malaziya, Yaponiya, Əfqanıstan
Şimali Amerika: ABŞ, Kanada
Okeaniya: Yeni Zelandiya

Distribyutoru seçərkən biz əsasən şirkətin həmin bazarda və sektorda təcrübəsini, rəqabət aparmaq qabiliyyətini, dağıtım imkanlarını, inkişaf potensialını və alıcılıq qabiliyyətini nəzərdən keçiririk. Distribyutorlarımıza dəstək nümayiş etdirmək, habelə məhsullarımızı dünya bazarında daha da tanıtdırmaq məqsədilə şirkətimiz daim beynəlxalq sərgilərdə iştirak edir. “Gilan Qəbələ Konserv Zavodu” MMC bu günədək mütəmadi olaraq ProdExpo (Rusiya), SİAL (Çin), Berlin Beynəlxalq Yaşıl Həftə (Almaniya), WorldFood (Ukrayna), WorldFood (Qazaxstan), Fine Food (Yeni Zellandiya) sərgilərində iştirak etmiş və məhsullarımızın bu sərgilərdə ən qabaqcıl yerləri tutmasını, medal və mükafatlarla təltif edilməsini təmin etmişdir.

Eyni zamanda şirkətimiz xarici distribyutorlarımıza məhsulların marketinqi sahəsində hərtərəfli yardım göstərərək promo materiallar təchiz edir, kampaniyaların aparılmasına köməklik göstərir. Potensial alıcılara tanışlıq üçün məhsul nümunələri, sertifikatlar və digər müvafiq sənədlər göndərilir, onların suallarına ətraflı şəkildə cavab verilir. Gilan meyvə şirələri Azərbaycan bazarında birinciliyi təmin etməklə bərabər bu sektorda ixracat sahəsində də birinci yerdədir. Məhsullarımızın keyfiyyətinin artırılmasına yönəlmiş investisiyalar və iş praktikamız bu birinciliyi əldə etməyə və qorumağa şərait yaratmışdır. Qida məhsulları istehsal edən zavodların böyük holdinqin tərkibində olması şirkətlərimizin dayanıqlı inkişafına zəmin yaradır.

İxracın təşkili prosesi nizamlı və səmərəli şəkildə qurulmuşdur, bu da ixrac ediləcək məhsul partiyalarının planlı şəkildə istehsal edilməsinə, qısa zamanda müvafiq nəqliyyat vasitələrinə yüklənməsinə, və bütün müvafiq ixrac sənədlərinin dəqiqliklə və yubanılmadan hazırlanmasına imkan verir. İxracat təyinatı olan ölkənin qanunvericiliyinə uyğun olaraq məhsul haqqında həmin ölkənin dilində məlumat hazırlanır və məhsulun üzərinə vurulur. Əməkdaşlıq etdiyimiz yerli və beynəlxalq nəqliyyat şirkətləri məhsullarımızın bütün Incoterms şərtləri ilə satışına imkan yaradır və onların dünyanın istənilən nöqtəsinə keyfiyyətli şəkildə çatdırılmasında bizə yardımçı olur.