Gilan Qida

«Jalə» - ni Ukraynada “Ən yaxşı Məhsul - 2012” seçdilər

Ukraynanın Beynəlxalq sərgilər mərkəzi və paytaxtı olan Kiyev şəhərində 31 Oktyabr – 2 Noyabr tarixlərində keçirilən «World Food Ukraine 2012» (“Dünya Qidası Ukrayna 2012 ”) XV Beynəlxalq Sərgi sində “Jalə” “Ən yaxşı məhsul - 2012” seçilmişdir. «World Food Ukraine 2012» - Ukraynanın qida sənayesində aparıcı hadisədir, Ukrayna və beynəlxalq qida və içki məhsulları sektorunun istehsalçılarının və distirbyutorlarının optimal görüş yeridir. 15 – ci yubiley sərgisində dünyanın 20 dövlətindən 200 – dən artıq şirkət iştirak etmişdi.

“Gilan Qəbələ Konserv zavodu” MMC – nin artıq özünü yaxşı tanıdan və yeni məhsullarını uğurla təqdim etdiyi azərbaycan pavilyonu bu sahənin professionalların və bir çox sayda qonaqların yüksək marağına səbəb oldu. Azərbaycanın parlaq bəzədilmiş guşəsində, istehlakçıların diqqətini təbii və ekoloji cəhətdən təmiz “Jalə” meyvə şirələri və nektarları, meyvə - giləmeyvə kompotları və “Bagban” mürəbbələri cəlb etdi.

Bütün qonaqlar göz və tam oxşayan yüksək keyfiyyətli məhsullara öz heyranlıqlarını və maraqlarını ifadə etdilər. Günəşli Azərbaycandan olan bu vitaminlər dəryasını Azərbaycanın milli geyimində olan bir qız və Ukraynanın kazaklar geyimində olan bir gənc reklam ediridi. Pavilyonda beş illik fəaliyyəti dövründə dünyanın 25 – dən artıq dövlətində məhşurlaşa bilən zavod barəsində rəqəmsal daşıyıcılar və bir çox çap məhsulları təqdim olunurdu. “Gilan Qəbələ konserv zavodu” – nun məhsulları artıq neçə ildir ki, bütün Ukrayna boyunca müxtəlif super və hiper marketlər şəbəkəsində yüksək tələbatla istifadə olunur. Sərginin məqsədlərindən biri dost dövlətlərdə pərakəndə ticarətçilərin nümayəndələrdən və distirbyutorlarından ibarət əhatəsinin genişlənməsi və eyni zamanda, “Jalə” və “Bağban” brendlərinin Ukrayna restoranlarına təchiz olunmasıdır.

“Gilan Qəbələ konserv zavodu” – nun məhsulları barəsində öz fikrini, Ukraynada zavod məhsullarının rəsmi idxalçısı olan “Плат Лтд” MMC – nin direktoru, Mixail Mikulo çıxışında bildirdi: “1998 – ci ildən Azərbaycan partnyorları ilə əsaslı iş təcrübnəsinə malikəm – Mixail Nikoloyeviç deyir – artıq iki ildir ki, “Gilan Qəbələ konserv zavodu” ilə sıx əməkdaşlıq edirik. Bu zavod həqiqətən də konservantsız və boyaq maddəsi olmayan yüksək keyfiyyətli məhsullar istehsal edir və bizə təchiz edir. Buna görə də, bu məhsullar rəqabətdən kənar qalmaqla, bizim super marketlərin piştaxtalarında uzun müddət qalmır”.

Sərginin əsas məqamı ondan ibarət idi ki, keçirilən “Ən yaxşı məhsul - 2012” dequstasiya konkursunda, “Jalə” brendinə məxsus olan nar şirəsi və nar – gilas nektarı qızıl medala və diploma, nar – üzüm və nar – alma şirəsi, eyni zamanda heyva nektarı isə gümüş medala və diploma layiq görüldü.

4743