Gilan Qida

Azərbaycan məhsulları MDB ölkələri arasında birincilik qazandı

21 Avqust 2012-ci il tarixində Belorusiyanın paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyini təşkilatının mənzil qərargahında ilin yekunlarına dair “2011-ci ildə MDB çərçivəsində Keyfiyyətli Məhsul və Xidmət sahəsində əldə olunmuş nailiyyətlər” müsabiqəsinin təltif edilmə mərasimi keçirilmişdir.

2011-ci ilin yekunlarına əsasən 6 şirkət laureat, 12 şirkət diplomant, 7 şirkət isə xüsusi diplomlara layiq görülmüşlər. “Milli istehlak mallarının istehsalı” sahəsi üzrə Azərbaycan Respublikasını təmsil edən Gilan Qəbələ Konserv Zadovu MMC qalib adını qazanmışdır. Gərgin rəqabət şəraitində keçən müsabiqədə məhz Azərbaycanı təmsil edən şirkətin birinciliyə layiq görülməsi sevindirici haldır.

Qeyd edək ki, 2011-ci ilin iyul ayında müəssisəyə baş çəkmiş müsabiqənin ekspert komissiyası ümumi zavodla və istehsal prosesi ilə tanış olmuş və apardıqları yoxlama nəticəsində müəssisədə işin yüksək səviyyədə təşkil olunmasını qeyd etmişlər. Bunun nəticəsidir ki, Gilan Qəbələ Konserv Zavodu MDB məkanında birçox şirkətin arasında olan rəqabətə baxmayaraq müsabiqədə iştirak etdiyi sahə üzrə birinciliyə layiq görülmüşdür.

4215