Gilan Qida

“Jalə” brendi SIAL Çin-2012 sərgisində uğur qazandı

2012-ci ilin may ayında Gilan Qəbələ Konserv Zavodu MMC-nin məhsulları dünyanın ən böyük qida və spirtli içki sərgilərindən biri olan Sial China 2012-də təmsil olunmuşdur. Sərgidə 50 ölkədən 1700 şirkət iştirak etmişdir.

Həmçinin Gilan Qəbələ Konserv Zavodunun yüksək keyfiyyətli məhsulları dequstasiya şousunda iştirak etmişlər. Qeyd edək ki, bütün iştirakçılar arasından ancaq 4 şirkətə bu şouda iştirak hüququ verilmişdi. Minlərlə ziyarətçilər tərəfindən Gilan Qəbələ Konserv Zavodunun məhsulları yüksək qiymətləndirilmişdir. Xoş bir məqamı da vurğulamaq lazımdır ki, zavodun məhsulları artıq Asiya bazarına ixrac edilir və müsbət satış dinamikası göstərir.

1362