Gilan Qida

"Moskva Mürəbbəsi"

Tədbirlərin keçirilmə coğrafiyası kifayət qədər genişdir: festival Mərkəzi inzibati sahədə səkkiz meydanı, digər sahələrdə isə 11 meydanı əhatə edir. Bayramlarda, paytaxt sakinləri və paytaxtın qonaqları, çox az məlum olan və unudulmuş reseptlər üzrə hazırlanmış ənənəvi və qeyri – adi mürəbbə növlərindən dadmaq imkanına malik olurlar. Festivalda 25 Rusiya regionunun və 12 yaxın və uzaq xarici dövlətlərin məhsulları təqdim olunacaq: İtaliya, Çin, Azərbaycan, İspaniya, Meksika, Yunanıstan, Fransa və digərləri.

Qonaqları mindən artıq kulinar, idman və yaradıcı master – klasslar gözləyir. Festival çərçivəsində xüsusi oyun olan “Meyvə viktorinası” keçiriləcək. İştirakçılar üçün hədiyyələr nəzərdə tutulmuşdur.”Moskva mürəbbəsi” festivalının məhsul çeşidləri, bayram menyusu və bütün tədbirlər barəsində ətraflı məlumatlar saytda yerləşdirilmişdir. Sutka ərzində bu portala 25 mindən 35 minə kimi insan qonaq olur.

“Moskva mürəbbəsi” festivalı Moskvada iri həcmli şəhər tədbirlərinin keçirilməsi ənənəsini davam etdirir. Belə ki, 2012 – ci ilin Dekabr ayından 2013 – cü ilin Yanvar ayına kimi Moskvadakı Manej meydanında Strasburqun Milad yarmarkası uğurla baş tutdu. Bu tədbirə 700 mindən artıq insan gəlmişdi.

3547