Gilan Qida

World Food Moscow 2014

Beynəlxalq ərzaq sərgisi World Food Moscow – qazanılmış nüfuzu və ənənələri ilə qida və içki məhsullarının unikal sərgisidir. 1992 – ci ildən başlayaraq, World Food Moscow sərgisi hər il Moskvanın “Экспоцентр” Sərgi Mərkəzində keçirilir.

World Food Moscow qida məhsulları sərgisi bütün ərzaq bazarını əhatə edir və 12 tematik bölmələri birləşdirir: ət və quş, balıq və dəniz məhsulları, dondurulmuş məhsullar və yarımfabrikatlar, meyvə və tərəvəz, qənnadı və çörək – bulka məmulatı, yeyinti malları, konservlər, yağ məhsulları, süd məhsulları, çay və kofe, içkilər, sağlam qida. “Qida dünyası” sərgisi yeni məhsulların Rusiya bazarına daxil edilməsi üçün mötəbər bir meydandır.

World Food Moscow ərzaq sərgisi, rusiya və dünya ərzaq bazarını təqdim edən, qida məhsullarının aparıcı istehsalçıları, təchizatçıları və distribyutorlarının iştirak etdiyi payızın əsas tədbiridir.

Hər il sərgidə qida məhsullarının topdan bazası kimi təşkilatları, qida məhsullarının distribyutorları, pərakəndəçilər, pərakəndə şəbəkələr, ictimai qida müəssisələri iştirak edir və sərginin iştirakçıları – qida məhsullarının təchizatçıları ilə görüşüb, müqavilələr imzalayırlar. World Food Moscow sərgisi istər kiçik, istərsə də böyük müəssisələrə öz satışını genişləndirmək və yeni işgüzar müqavilələr əldə etmək imkanını yaradır.

2917