Gilan Qida

Qəbələ Konserv Zavodu

13 hektar ərazidə yerləşən Padovan (İtaliya) və Tetra Pak (İsveç)kimi qabaqcıl Avropa texnoloogiyaları ilə təchiz edilən zavodun illik meyvə emalı gücü 300.000 ton təşkil edir. Müəssisənin illik meyvə şirəsi və nektarı istehsalı gücü 210.000 tona bərabərdir. Zavodda 7 istehsal xətti fəaliyyət göstərir. Onlardan 2 istehsal xətti şüşə qablaşdırma, 5 xətt isə Tetra Pak qablaşdırma istehsalı üçün istifadə olunur. Hazır məhsulların keyfiyyətli saxlanılması üçün 6.500 palet tutumu olan yeni anbar inşa edilmişdir.

Hal-hazırda zavodda 100-ə yaxın adda məhsul istehsal edilir. Onların arasında “JALƏ”, “ЗОЛОТОЙ САД” və “Natura” əsas brendlər sayılır. İstehsal prosesi bütün ekoloji, sanitar-gigiyenik və təhlükəsizlik normalarına uyğun aparılır və beynəlxaq standartlara cavab verir. Belə ki, zavod yüksək səviyyəli keyfiyyət, təhlükəsizlik və idarəetmə standartlarına tam uyğun fəaliyyət göstərməsi üçün İSO 9001-2008 və İSO 22000 FSMS sertifikatlaşdırılmasını keçmişdir. Həmçinin müəssisədə orqanik nar konsentratı və nar şirəsi istehsal edilir.Avropa və Amerika bazarlarında satışı üçün ECOCERT tərəfindən sertifikatlaşdırılır.