Gilan Qida

Qəbələ Meyvə Çeşidləmə Anbarı

Məhsulların keyfiyyətli saxlanılması və xammalın (meyvə və giləmeyvə) satışı üçün 2010-cu ildə meyvə çeşidləmə və soyuducu anbarı inşa edilmişdir. 1.5 hektar ərazidə yerləşən meyvə çeşidləmə və soyuducu anbarında 1 il ərzində eyni vaxta 5.000 ton meyvə saxlanılmasına şərait var. Tam olaraq İtaliya və Almaniya avadanlıqları ilə təchiz edilmiş 8 kameradan ibarət olan anbarda il ərzində nar, alma, üzüm, xurma kimi meyvələrin saxlanılmasına imkan var. Hərbir meyvə üçün kameralarda xüsusi temperatur və rütubətlilik dərəcəsi təyin edilir. Meyvələri rənglərinə və ölçülərinə uyğun çeşidləyən italyan istehsalı olan kalibrləyici aparat fəaliyyət göstərir.