Gilan Qida

Qəbələ Kartof Emalı Zavodu

2014-cü ildə Gilan Holding tərəfindən Qəbələ Qida Kompleksi tərkibində kartof emalı zavodu inşa edilmişdir. Zavod bazara “Chipsim” və “Kartofresh” brendləri ilə ən yeni texnologiya və ekoloji cəhətdən təmiz bir məhsul təqdim etməklə dünya bazarındakı çips və dondurulmuş kartof istehsalçılarından heç də geri qalmadığını sübut edir.

“Chipsim” çipsləri müxtəlif ədviyyatlardan istifadə edərək yüksək keyfiyyətli və tam təbii kartofdan hazırlanır. Zavod Britaniyanın “Heat&Control”, Yaponiyanın “İshida”, Hollandiyanın “Miedema” avadanlığı ilə təchiz edilmişdir, illik istehsal gücü 20.000 ton hazır məhsul təşkil edir.