Gilan Qida

Quba Konserv Zavodu

Azərbaycanın şimalında 10.4 hektarlıq ərazidə yerləşən “ Gilan Quba konserv zavodu ” MMC  21.01.2013-cü ildən fəaliyyətə başlamışdır. Zavodumuz tərəvəz konservləri və qəlyanaltıları, meyvə və giləmeyvə turşuları, mürəbbələr və qatılaşdırılmış alma şirəsi istehsal edir.

Gündəlik alma xammalının qəbul gücü 250 ton, tərəvəz qəbul gücü isə 100 tondan artıqdır. Məhsullar “ Bağdan ” əmtəə nişanı adı ilə daxili bazarlarla  yanaşı həm də xarici ölkələrə ixrac edilir.

Bu qısa dövr ərzində daxili və xarici bazarda məhsullarımıza olan tələbat iki dəfədən çox artmışdır, bu da yüksək keyfiyyətin bəhrəsidir. Konserv məhsullarının istehsalında istifadə olunan xammal təbii və ekoloji təmiz şəraitdə zavodun öz meyvə bağları və əkin sahələrində yetişdirilir.