Gilan Qida

Konsentratlar

Nar meyvəsi Azərbaycanın vizit kartı sayılır. Bu meyvə beynəlxaq ekspertlər tərəfindən dünyanın ən faydalı meyvəsi kimi qəbul edilir. Azərbaycan tarixinin başlanğıcını qədim zamanlardan götürən nar əkimi mədəniyyəti ilə qırılmaz bağlılığı vardır. Azərbaycanda 256 növdə nar yetişir. Müəssisənin öz əkin sahələri var. Bunlardan 2 500 hektarı nar, 1 000 hektar isə alma bağlarıdır. Müəssisədə PADOVAN (İtaliya) markalı saatda 20 ton meyvə emal etmək gücünə malik 2 xətt, həmçinin 1 meyvə püresi istehsal xətti fəaliyyət göstərir.

Zavodda aseptik və qeyri-aseptik olmaqla 2 xammal dolum xətti var. Zavod əsasən nar və alma konsentratı həmçinin alma və heyva püresi istehsalı üzrə ixtisaslaşıb. Konsentratlar 250 kq-lıq dəmir çəlləklərdəki aseptik torbalara qablaşdırılır.