Gilan Qida

Hazzard Energy

HAZZARD yalnız və yalnız sənin üçün – sənin arzuların, istəklərin, məqsədlərin üçündür! Qeyri-adi və unikal olduğunu sübut etməkdən ötrü dünya çempionu olmağına gərək yoxdur. Sən bilirsən ki, hər şey sənin əlindədir və məqsədinə çatmaq üçün əngəl olan hər şeyi yolundan qaldıra bilirsən. Vəziyyətə nəzarət edən sənsən.

HAZZARD başqalarının söylədiklərinə fikir verməmək, istədiyini etmək üçün kimdənsə icazə almamaq deməkdir. Sən mərd və cəsarətlisən, bütün şərtiliklərə meydan oxuyursan. Başqalarının göstərişlərilə yaşamağa nifrət edirsən, çünki çox müstəqil və özünə əminsən. Ona görə də, öz qaydalarını diktə edirsən və bildiyin kimi yaşayırsan.

HAZZARD lider olmaq, güzəştə getməmək, prinsipiallığınla seçilmək deməkdir. Sən qərarlı və qüvvətlisən. Bildiyini edirsən, çünki dünya sənin əlindədir. Hazzard-ı sevirsən, çünki o özünü nə isə hesab edənlər üçün deyil, doğrudan da sözünü deyənlər üçündür.

HAZZARD soyuq baş və isti ürəklə riskə gedənlər, özündə güc tapıb qazandığı uğurlardan istifadə etməklə yeni məqsədlərə can atanlar üçündür. Sən həmişə irəliyə doğru gedirsən, çünki heç bir şeyin sənə əngəl ola bilməyəcəyini yaxşı anlayırsan.

Sən də artıq HAZZARD komandasının bir üzvüsən. Səni sıralarımızda görməkdən qürur duyuruq!

Tərkibi:
Yumşaldılmış və süzülmüş Qəbələ suyu, şəkər, təbii minerallar, turşuluq tənzimləyiciləri (limon turşusu, natrium sitrat), təbii aromatizatorlar, təbii rəng, stabilizator, briliant mavisi, şəkər əvəzedici (kalium asesulfam, aspartam, neohesperidin). Saxlama şəraiti: sərin və quru yerdə, temperaturu 5⁰C-dən 20⁰C-ə qədər və nisbi rütubət 75%- dən çox olmamaq şərti ilə. Tərkibində fenilalanin mənbəyi var. Günəş şüalarından qoruyun. Sərin halda için.

hazzard energy drink

hazzard energy